Bu gün, 09:30 0 Hadisə

Ağcabədidə qazdoldurma məntəqəsində partlayış: 3 nəfər yaralandı - VİDEO

Ağcabədidə qazdoldurma məntəqəsində partlayış: 3 nəfər yaralandı - VİDEO
Ağcabədi rayonunda, Mingəçevir–Bəhrəmtəpə magistral yolunun Aşağı Avşar kəndindən keçən hissəsində Qazdoldurma məntəqəsində partlayış baş verib.

Ulusum.az xəbər verir ki, yanğın ofis otağında başlayıb və alovun maye qazla dolu sisternaya keçmə riski yaranıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin səyləri nəticəsində alov vaxtında lokallaşdırılıb və söndürülüb, beləliklə, yanğının ərazinin qalan hissəsinə və yanacaq anbarına yayılmasının qarşısı alınıb.

FHN-in məlumatına əsasən, insident nəticəsində 3 nəfər ağır yanıq xəsarəti alıb, onlardan biri reanimasiyaya yerləşdirilib. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.



Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: