16-07-2025, 09:10 0 Hadisə / Diaspora

Diaspora rəhbərinin oğlu Rusiyada saxlanıldı

Diaspora rəhbərinin oğlu Rusiyada saxlanıldı
Azərbaycanın Uraldakı diaspor rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu barədə yerli E1.ru saytı məlumat yayıb.

İyulun 1-də baş verən hadisə zamanı atası Şahin Şıxlinski saxlanılarkən, Mütvəli Şıxlinskinin “Gelandewagen” markalı avtomobillə xüsusi təyinatlı polis əməkdaşlarından birini vurduğu bildirilir. Hazırda Mütvəli Şıxlinski Rusiya İstintaq Komitəsində dindirilir. Hadisə ilə bağlı rəsmi ittiham irəli sürülüb-sürülmədiyi hələ açıqlanmayıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: