ACI REALLIQ: "Cəmiyyətimiz velosiped axınına hazır deyil..." - EKSKLÜZİV

Qarşıdan yay mövsümü gəlir və bu aylarda velosipedlərə böyük tələbat yaranır. Sadəcə velosipedi tək həvəskar idman şəkilində deyil, nəqliyyat vasitəsi kimi də istifadə etmək olur.
Ulusum.az xəbər verir ki, Bakı şəhərinin tıxaclarını nəzərə alsaq velosiped ən ideal nəqliyyat vasitəsidir. Avropanın əksər şəhərlərində əsas nəqliyyat vasitəsi kimi götürülən velosipedlər insanları yolunu qısaltmaqla yanaşı, ömrünü də uzadır.
Hazırda velosipedlərə ölkəmizdə nə qədər maraq var?
İlk olaraq sualımızı velosiped satışı ilə məşğul olan Natiq Məmmədovaünvanladıq. Satıcı hazırda velosiped satışında artımın müşahidə olunmadığını vurğuladı:
- “Sözün düzü, velosipedin satışında artım müşahidə olunmur. Əsasən, kuryer fəaliyyəti ilə məşğul olan şəxslər mağazamıza üz tutur, qarşıdakı ayları bilmirəm, ancaq hazırda satış minimum səviyyədədir”.
O, velosipedlərin də qiymətinə toxundu. Qiymətlərin dəyişə biləcəyini də istisna etmir:
-Velosipedlərin qiyməti pandemiya başlamazdan əvvəl artıb. Hazırda qiymət velosipedin markasına görə dəyişir. Nəzərə alsaq ki, hazırda ölkəmiz velosiped istehsal etmir, qiymətlərin bahalaşması normaldır. Keyfiyyətli velosipedlərin qiyməti 300 manatdan başlayır, hətta qiymət 2000 manata qədər dəyişir. Təbii ki, onların rahatlığı, dözümlülüyü, sürət səviyyəsi daha üstünlükdür.
Hazırda Bakı şəhərində velosipedçilər üçün rahat hərəkət etməyə nə qədər şərait var? Velosipedçilər hansı məqamlardan narazıdır?
Bununla bağlı velosiped idmanı ilə məşğul olan Elbəy Rəsulovla həmsöhbət olduq.
- Həvəskar idmançı əvvəlcə cəmiyyətə velosiped mədəniyyətini aşılamaq lazımdır. Bu gün cəmiyyət velosiped axınına hazır deyil. Velosipedçilərlə davranış qaydalarını, eyni zamanda yol hərəkəti qaydalarını da bilməlidirlər.
Misal olaraq, velosipedçi öz yolu ilə gedən zaman qəza baş verərsə, günahkar velosipedçi yox, qarşı tərəf olacaq. Ancaq hazırda velosiped sürərkən həm piyadalar, həm də sürücülər bizə bulvarda sürüş etməyimizi tövsiyə edirlər.(gülür) Digər problem velosiped yoludur ki, şəhərin çox az hissəsində çəkilib. Demək olar ki, şəhərdə konkret istiqamət üzrə velosiped yolu yoxdur. Eyni zamanda velosiped üçün park yerləri məhdud saydadır. Ancaq ən böyük problem kimi sərnişinlər və sürücülər, bundan başqa, küçələrdə xüsusi yolların məhdud sayda olmasıdır. Lakin velosiped ən gözəl nəqliyyat vasitəsidir, dünyada ən çox sivil ölkələrdə yayılan bu nəqliyyat vasitəsi sağlamlıq üçün mühüm əhəmiyyət daşıyır. Düşünürəm, 1 il kifayət edər ki, Azərbaycanda velosipedlərə olan maraq müntəzəm xarakter alsın.
P.S. Nəzərə alsaq ki, paytaxt Bakının əzəli problemi tıxaclardır, bu zaman unutmayaq ki, velosiped şəhərdə avtomobil sıxlığını azalda biləcək gücə malikdir. Bu işdə böyük maarifləndirmə işləri aparılarsa, doğma şəhərimizdə də velosiped həm təhlükəsiz, həm sərfəli nəqliyyat vasitəsinə çevrilər...
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 14:00
Rumıniya Prezident Seçkilərində Nəticələr Qarışıqdır
Sağlamlıq
Bu gün, 13:30
Zehni sağlamlığa təhlükə yaradan qidalar
Dünya
Bu gün, 13:00
HAMAS-dan İsrailə: Girovların buraxılması üçün tələblər
Sağlamlıq
Bu gün, 12:30
Qida qablaşdırmasında gizli təhlükə
Dünya
Bu gün, 12:22
Vatikanın yeni səsi: XIV Leon taxta çıxdı
Cəmiyyət
Bu gün, 12:01
DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində QHT Koalisiyasının nümayəndələri ilə görüş keçirilib
Dünya
Bu gün, 12:00
Zelenski Rusiyayla istənilən formatda dialoqa hazırdır
Cəmiyyət
Bu gün, 11:34
Baş Dövlət Yol Polisi İdarəsi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir
Maraqlı
Bu gün, 11:15
Bürclər içində qaranlıq tərəfi ilə seçilənlər
Populyar Xəbərlər
Aysel Xanlarqızı Beynəlxalq Ədəbiyyat Mükafatına Layiq Görüldü
Kişi evləndikdən sonra kimi seçməlidir: ananı, yoxsa həyat yoldaşını?
Jerar Depardye cinsi təcavüzdə təqsirli bilindi: Paris məhkəməsindən şərti cəza
Tekirdağda Görməli Yerlər: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Unudulmaz Səyahət FOTO/VİDEO
Saakaşviliyə Ukraynanın agenti statusu verildi
“Freestyle Kings” Arenasında Qanadsız Uçuş - FOTO - VİDEO