Qazın qiyməti 400 dolları keçdi

Avropada qazın spot qiyməti bu il ilk dəfə olaraq min kubmetr üçün 400 dolları ötüb.
Ulusum.az xəbər verir ki, bu gün birjada bir gün sonra çatdırılma ilə spot müqaviləsi üçün kotirovkalar 402 dollara çatıb. Bu, son 164 gün ərzində - keçən il dekabrın ortalarından bəri maksimum həddir. Ayın əvvəlindən orta qiymət apreldəki 341 dollara qarşı 325 dollar təşkil edib.
Bahalaşmanın əsas səbəbi kimi Avstriyanın OMV şirkətinin “Avropanın nəhəng bir enerji şirkəti”nin avstriyalı alıcının “Qazprom Export”a ödənişlərinin qarşısını aldığına dair açıqlaması göstərilir. Belə ki, əgər qazın dəyəri vaxtında “Qazprom”un hesablarına ödənməsə, Rusiya qanunlarına əsasən, tədarükün avtomatik dayandırılmasına səbəb olacaq. OMV-nin Rusiya nəhəngi ilə müqaviləsinin həcmi ildə təxminən 6 milyard kubmetrdir.
Qiymət artımını şərtləndirən digər amillər Avropada kondisioner mövsümünün tam sürətlə davam etdiyi bir şəraitdə külək elektrik stansiyalarının aşağı istehsalı, həmçinin Norveçdə qaz hasilatı həyata keçirilən platformalardakı cari təmir işləridir.
Avropa qiymətlərini Asiyada qaza olan tələb də dəstəkləyir. Belə ki, hazırda Asiya-Sakit Okean regionunda LNG-nin qiyməti Avropa kotirovkalarından 23 faiz artıqdır. Belə əlverişli qiymət şərtləri LNG tankerlərinin Asiyaya daha çox istiqamətlənməsinə səbəb olur.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 11:13
DİM-dən şagirdlərə xəbərdarlıq
İqtisadiyyat
Bu gün, 09:38
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
Siyasət
Bu gün, 08:40
Başlıbel faciəsinin ildönümüdür
Diaspora
Bu gün, 04:20
Azərbaycan Rabat Kitab Sərgisində!
Populyar Xəbərlər