Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Gədəbəydə xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Elməddin Abdullayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
ULUSUM.az bildirir ki, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 22-nə təyin edilib.
Şikayət hakim Əlizamin Abdullayevin sədrliyi ilə araşdırılacaq. O, cəzasının yüngülləşdirilməsini istəyir.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 6 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Gədəbəy rayonunun Şəkərbəy kəndində qeydə alınıb.
Belə ki, həmin gün 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin balta ilə çoxsaylı xəsarət yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məhkəmədə Elməddin Abdullayev ifadəsində bildirib ki, arvadını ona xəyanət etməsindən şübhələndiyi üçün öldürüb.