Əksər rayonlarda yağış yağdı - QISAMÜDDƏTLİ LEYSAN
![Əksər rayonlarda yağış yağdı - QISAMÜDDƏTLİ LEYSAN](/uploads/posts/2024-05/d75a87da70_664062608c290664062608c29117154955209a40e7921b3de0e79a616acaac5c6a6f-1.webp)
Mayın 12-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Ulusum.az-a verilən xəbərə görə, mayın 12-si saat 10:00-a olan məlumatına əsasən gözlənildiyi kimi əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.
Arabir güclənən şimal-qərb küləyi əsib.
Düşən yağıntının miqdarı Zaqatalada 9 mm, Tovuz, Balakəndə 6 mm, Şəmkirdə 5 mm, Şahbuzda 4 mm, Qax, Gəncə, Şəki, Ceyrançöl, Sədərək, Gədəbəy, Naxçıvan, Şahdağ, Göygöl, İsmayıllı, Tərtər, Kürdəmir, Yevlax, Ağdam, Culfa, Ordubad, Şərurda 3 mm-dək olub.
Mayın 11-i Daşkəsən rayonuna saat 14:45-14:47 radələrində daimetri 8 mm, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollar ərazisinə saat 15:00-15:18 radələrində 17 mm, Gədəbəy rayonuna isə saat 14:10-14:18 radələrində 9 mm olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s, Mingəçevirdə 25 m/s, Tərtər, Goranboyda 23 m/s, Naftalanda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Gəncədə 18 m/s-dək güclənib.
Göygöl, Şamaxı, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Yevlax, Göyçayda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, Naxçıvan MR-da 20-26, Aran rayonlarında 22-27, dağlıq rayonlarda isə 15-19 dərəcə isti olub.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
![Dalğanın hündürlüyü 4 metrə ÇATDI](/uploads/posts/2024-05/thumbs/85cf3d77d4_1596444311_dalga.webp)
![May ayında gözlənilən HAVA ŞƏRAİTİ](/uploads/posts/2024-04/thumbs/c21302fbed_6630c9683dc8f6630c9683dc9017144733206630c9683dc8b6630c9683dc8d.webp)
![Bölgələrə yağış, sulu qar, dolu yağdı - FAKTİKİ HAVA](/uploads/posts/2024-05/1e3c458709_bez-nazvaniya.webp)
![Rayonlara yağış yağdı, ŞİMŞƏK ÇAXDI](/uploads/posts/2024-04/thumbs/dd8cbb620e_ca806579-523d-3597-83d1-e0739f5c2ace_850.webp)
![Bu rayonlarda şimşək çaxdı - FAKTİKİ HAVA](/uploads/posts/2024-05/thumbs/6c5feb2f1d_663f0d1c738bc663f0d1c738bd171540815604a70ce76d3005810176bfee7ac407ab.webp)
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 18:00
AZAL ictimaiyyətə müraciət edib
Populyar Xəbərlər