Dünən, 19:00 0 Gündəm / Cəmiyyət

Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu

Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu

44 günlük Vətən müharibəsində göstərdiyi mərdliklə 3-cü qrup əlil olmuş Ağstafalı qazimiz Zaur Mustafayev həyatının ən xoş gününü – toyunu yaşadı.


ULUSUM.AZ xəbər verir ki, Ağstafada keçirilən möhtəşəm mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon rəhbərləri, ictimaiyyət nümayəndələri və çoxsaylı qonaqlar iştirak edərək qazimizin sevincinə şərik oldular.

Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu

Zaur Mustafayev Ali Baş Komandanın sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Qəhrəmanımıza və ailəsinə Allahdan sağlam, xoşbəxt və bərəkətli ömür diləyirik. Qazilərimizin toy xəbəri xalqımız üçün böyük qürur və sevinc mənbəyidir.



R.Daşdəmirova
ULUSUM.AZ

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: