Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında sentyabrın 30-u axşamdan oktyabrın 1-i gündüzədək arabir yağış yağacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Azərbaycanın rayonlarında sentyabrın 30-u axşamdan başlayaraq oktyabrın 2-si axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Ulusum.az-a Milli Hidrometeorologiya Xidmətinin verilən məlumata əsasən xəbər verir ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
R.D
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Ağstafa RİH başçısı Seymur Orucov tanınmış şair Qurban Həmid oğlu ilə görüşüb
Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO
Meksikada partlayış: Ölən və yaralananlar var
Hindistanda gecə klubunda yanğın - Ölənlər Var
Özbəkistanda turizmdən gəlirlər rekord həddə çatıb
Marakeş Coffee & Tea Festival 2025 – Unudulmaz Təcrübə VİDEO
