"Şərti yanğın" SÖNDÜRÜLDÜ - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən “AAAF İnşaat” MMC-yə məxsus yüksəkmərtəbəli yaşayış kompleksində təlim keçirilib.
Ulusum.az FHN-ə istinadən xəbər verir ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binalarına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğın avtomobilinin yaşayış kompleksinə və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmadığı, daxili yanğın su kranlarının quraşdırılmadığı, qəza-işıqlandırma sisteminin olmadığı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə cavab vermədiyi, yanğın xəbərverici siqnalizasiya qurğusunun olmadığı, yaşayış kompleksindən çıxış qapısının fərdi evlərin sakinləri tərəfindən tutulduğu, qaz təsərrüfatının yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab vermədiyi də müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yaşayış kompleksinin sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb.
Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 14:25
Xatirə İslamdan Tacir Şahmaloğluna sərt cavab: “Atam sağdır, hansı mahnını öyrətmisiniz mənə?”
Cəmiyyət
Dünən, 10:50
Cəlilabadda məktəblilər arasında baş verən qətllə bağlı cinayət işi başlanılıb
Cəmiyyət
Dünən, 09:10
Charlie Kirk-in qətlində şübhəli bilinən Tyler Robinson məhkəmə qarşısına çıxıb
Cəmiyyət
Dünən, 09:05
Sumqayıtda qadın qətlə yetirilib FOTO
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Netanyahu Qətərə hücuma görə alqış tələb edir