Dünən, 16:00 0 Dünya

İrana nüvə xəbərdarlığı – Avqustun sonunadək vaxt verildi

İrana nüvə xəbərdarlığı – Avqustun sonunadək vaxt verildi
ABŞ dövlət katibi Marko Rubio, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri arasında baş tutan telefon danışığında İranla nüvə sazişi üzrə razılaşmanın əldə olunması üçün son tarix müəyyən olunub. Axios nəşrinin yazdığına görə, tərəflər avqustun sonunu yekun möhlət kimi təyin ediblər.

Əgər göstərilən vaxta qədər Tehranla razılaşma əldə olunmasa, Avropa üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya – 2015-ci il nüvə razılaşması çərçivəsində ləğv olunmuş BMT Təhlükəsizlik Şurasının sanksiyalarını təkrar qüvvəyə mindirmək üçün “instant snapback” mexanizmini işə salacaq.

Mənbələrin məlumatına əsasən, Avropa tərəfi yaxın günlərdə İranla danışıqlara başlamağı və Tehrana diplomatik xəbərdarlıq etməyi planlaşdırır. İrandan əsas tələb – nüvə proqramının dinc xarakter daşıdığını sübut etməkdir.

Xüsusilə, MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) nəzarətinin bərpası və Tehranın əlində olan 60%-lik zənginləşdirilmiş 400 kiloqrama yaxın uranın ölkədən çıxarılması gözlənilir.

Axios qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası İranla danışıqları bərpa etməyə çalışır, lakin Ağ Ev rəhbəri Tehranın hələ də masaya əyləşməməsindən narazıdır.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: