10-07-2025, 09:00 0 Dünya

İlon Maskın seçimi idi: X-in baş direktoru vəzifəsindən getdi

İlon Maskın seçimi idi: X-in baş direktoru vəzifəsindən getdi
Sosial şəbəkə X-in (əvvəlki Twitter) baş direktoru Linda Yaccarino istefa verdiyini açıqlayıb.

Bu barədə o, şəxsi sosial media hesabında məlumat verib.

Yaccarino, platformanı 2022-ci ildə satın aldıqdan sonra iş adamı İlon Mask tərəfindən təyin olunan ilk daimi baş direktor olub. O, paylaşımında milyardera söz azadlığını qorumaq və X-i “hər şeyin bir arada olduğu tətbiq”ə çevirməkdə göstərdiyi etimada görə təşəkkür edib.

Mask 12 may 2023-cü il tarixində Yaccarino-nu baş direktor təyin etmişdi. Həmin vaxt o bildirmişdi ki, Yaccarino biznes əməliyyatlarına rəhbərlik edəcək, Mask isə məhsul dizaynı və yeni texnologiyalara fokuslanacaq.

Axios portalının yazdığına görə, Yaccarino-nun rəhbərliyi dövründə X bir çox yeni funksiyalar təqdim edib. Məqsəd platformanı yalnız sosial diskussiya üçün yox, çoxfunksiyalı "hər şey üçün tətbiq"ə çevirmək olub.

Ulusum.az


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: