Ukrayna Atəşkəs Memorandumunu Açıqladı – Rusiya ilə Sülh, Amma Şərtlərlə

Reuters agentliyinin yaydığı məlumata görə, Ukrayna tərəfi 2 iyun tarixində İstanbulda Rusiya nümayəndə heyəti ilə keçiriləcək danışıqlarda təqdim etmək məqsədilə atəşkəsə dair tam memorandum hazırlayıb.
Memorandumda havada, quruda və dənizdə tam və qeyd-şərtsiz atəşkəsin tətbiqi təklif olunur. Bu, gələcək sülh danışıqları üçün ilkin şərt kimi təqdim edilir.
Etimadın möhkəmləndirilməsi məqsədilə tərəflərə “hamının hamıya” prinsipi üzrə əsir mübadiləsi aparmaq təklif olunur.
Sənəddə eyni zamanda “təkrar təcavüzün qarşısının alınması” məqsədilə “dayanıqlı sülh və təhlükəsizliyin daimi əsasının” bərpası, Ukraynaya təhlükəsizlik zəmanətləri və beynəlxalq ictimaiyyətin danışıqlarda iştirakının vacibliyi vurğulanır.
Memorandumda qeyd olunur ki, Kiyev neytrallıq statusundan imtina edir. Ukraynanın Avropa İttifaqına, eləcə də NATO-ya üzv olmaq ehtimalı açıq saxlanılır – bu, alyans daxilində konsensusa bağlı olacaq.
Sənəddə 2014-cü ilin fevral ayından sonra itirilmiş ərazilər üzərində Rusiyanın nəzarətinin beynəlxalq səviyyədə tanınmayacağı bildirilir. Hazırkı təmas xətti danışıqlar üçün başlanğıc nöqtəsi hesab olunur. Bütün ərazi məsələləri yalnız atəşkəs tam təmin olunduqdan sonra müzakirəyə çıxarılacaq.
Bundan başqa, memorandum Rusiyaya qarşı tətbiq edilən sanksiyaların mərhələli şəkildə qismən ləğv olunmasını, eyni zamanda bu məhdudiyyətlərin yenidən tətbiq oluna bilməsi ehtimalını da nəzərdə tutur.
Sonda sənəddə iki ölkənin liderlərinin görüşərək sülh sazişinin əsas məqamlarını birbaşa razılaşdırmasının vacibliyi qeyd olunur.
Qeyd edək ki, daha əvvəl məlumat verilmişdi: Rusiya nümayəndə heyəti 2 iyun tarixində İstanbulda keçiriləcək danışıqlarda iştirak etmək üçün yola düşüb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 16:00
Berlində “ölüm həkimi”nin məhkəməsi başladı
Dünya
Bu gün, 15:30
Tramp: Dohaya hücum qərarını mən yox, Netanyahu verib
İdman
Bu gün, 15:18
İlqar Nadiri vəzifəsindən ayrıldı
İqtisadiyyat / Dünya
Bu gün, 15:00
ABŞ-da “dollar dövrünün sonu” müzakirə olunur
Mətbəx
Bu gün, 14:00
Qışa tərəvəzli ragu hazırlayırıq
İdman
Bu gün, 12:30
Azərbaycan–Ukrayna oyunu 1:1 hesabı ilə başa çatdı
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Çaytikanlı və zəncəfilli “soyuqdəymə qalxanı” resepti