28-03-2025, 15:58 0 Dünya

Myanmadakı Zəlzələ: məktəbin dağıntıları altında 5 uşağın meyiti tapılıb

Myanmadakı Zəlzələ: məktəbin dağıntıları altında 5 uşağın meyiti tapılıb
Myanmanın mərkəzindəki Taunqo şəhərində baş verən zəlzələdən sonra uçan məktəb binasında qalan 20 uşaqdan 5-nin meyiti tapılıb.

“Ulusum”.az xəbər verir ki, bu barədə Eleven Media Group (EMG) media şirkəti məlumat yayıb.

Qalan uşaqların axtarışları davam edir. Xeyriyyə təşkilatları xilasetmə işləri aparır.

Xatırladaq ki, martın 28-də Myanmada maqnitudası 7,7 olan bir neçə güclü zəlzələ baş verib, bu təkanlar Tailand, Çin və Vyetnamda da hiss olunub. Zəlzələlər nəticəsində bir çox bina dağılıb, insanlar xəstəxanaya yerləşdirilib. Ayrıca, İravadi çayı üzərindəki körpü dağılıb və Mandalay Sarayının bir hissəsi zərər görüb.

Banqkokda isə göydələnlər yellənməyə başlayıb, damdakı hovuzlardan su tökülüb. Şəhərin bir rayonunda tikintisi hələ tamamlanmamış hündürmərtəbəli bina uçub, təxminən 40 işçinin dağıntılar altında qaldığı bildirilir. Hökumət fövqəladə vəziyyət elan edib.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: