Bu gün, 15:00 0 Cəmiyyət / Gündəm

Bakı və Abşeronda şaxtalı hava gözlənilir

Bakı və Abşeronda şaxtalı hava gözlənilir
Yanvarın 22-də paytaxt və yarımadada əsasən yağmursuz, lakin soyuq hava şəraiti olacaq.


Milli Hidrometeorologiya Xidmətinin ulusum.az
-a verilən məlumatına görə, yanvarın 22-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək.

Gecə saatlarında havanın temperaturu 0–3 dərəcə şaxta, gündüz isə 5–8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80–85 faiz, gündüz isə 55–65 faiz təşkil edəcək.

Sinoptiklər gecə və səhər saatlarında yolların buz bağlaması ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırır.

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.