Dünən, 11:40 0 Cəmiyyət / Gündəm

Cəbrayılda yanğın törədən şəxs tutuldu

Cəbrayılda yanğın törədən şəxs tutuldu
Yanvar ayının 7-də Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin ulusum.az-a xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə müvafiq olaraq Cəbrayıl və Füzuli Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.

Hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.