Dünən, 10:21 0 Cəmiyyət / Gündəm

Vərəm və böyrək çatışmazlığı olan xəstələr üçün ilk Hemodializ kabineti istifadəyə verildi

Vərəm və böyrək çatışmazlığı olan xəstələr üçün ilk Hemodializ kabineti istifadəyə verildi
Xroniki böyrək çatışmazlığı olan vərəm xəstələrinə xüsusi tibbi xidmət.

Ağciyər Xəstəlikləri Mərkəzinin təşəbbüsü ilə Abşeron Regional Xəstəxanasında vərəm və xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üçün ölkədə ilk dəfə xüsusi Hemodializ kabineti yaradılıb. Kabinet Almaniya istehsalı “Fresenius” aparatı ilə təchiz edilib, ixtisaslı tibbi heyət cəlb olunub.

TƏBİB-in məlumatına görə, ulusum.az xəbər verir ki, bu addım pasiyentlərin digər xəstələrlə təmasını minimuma endirməklə yanaşı, təhlükəsiz və fasiləsiz müalicə üçün şərait yaradır. Gələcəkdə Şəmkir və Qobustan xəstəxanalarında da analoji kabinetlərin açılması nəzərdə tutulur.

https://www.facebook.com

R.Daşdəmirova
Ulusum.az


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.