Sərnişin Gözləyən Avtobuslar: Hələ də Həll Olunmamış Məsələ
Bakıda bəzi yollarda avtobus zolağı saatla fəaliyyət göstərsə də, digər avtomobillərin həmin zolağa girişini göstərən qırıq xətt çəkilməyib.
Belə olan halda, sürücülər avtobus zolağına keçsələr, onlara cərimə tətbiq olunurmu?
Mövzu ilə bağlı ulusum.az-a açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, bu xətləri düz çəkməyiblər:
"Dönmə yerlərinə 50-100 metr qalmış mütləq şəkildə giriş-çıxış üçün qırıq-qırıq xəttlər olmalıdı. Köhnə vaxtlarda elə çox yerə çəkdilər, sonra isə heç qırıq-qırıq xəttlər qoymadılar. Əslində bu, düzgün məsələ deyil. Çünki, məsələn, biz dönmək istəyirik, orta zolaqda isə yalnız düzünə hərəkət göstərilir. Oradan dönsək də cərimədir. Avtobus xəttidir, 1.1 bütöv nişanlama xəttidir, onu kəsib keçsək də cərimədir. Amma reallıqda cərimələyə bilməzlər. Yəni bu, yolun təşkilində ciddi qüsurlardır.
QO standartında olan hər bir şey yollarda yoxdur. Kitabda başqa cürdür, reallıqda isə bizdə tamam başqa cürdür. Əslində biz onu keçib gedirik, ona cərimə yazıla bilər. Amma biz qüsurlu yolla gedəsi deyilik də. Yəni bu yol ayrıcından dönməyə icazə varsa, deməli, burada bu cür məqamlara yol verilməməlidir. Bir də, məsələn, biz dönmək istəyirik, avtobus düz gedir. Dönən zaman baxmalıyıq ki, avtobus var, ya yox. Düz gedənlərə mane olmadan, onları sürət və istiqaməti dəyişməyə məcbur etmədən keçməliyik".
Ekspert əlavə etdi ki, bir çox yerlərdə avtobus zolağı var, altında əlavə bölmə yoxdur:
"Əlavə bölmə isə bir çox yerdə qoyulmalıdır ki, pik vaxtlarda avtobus həmin hissəyə girə bilməsin. Elə yol var ki, iki zolaqlı yoldur, birini avtobusa veriblər, birini də dönməyə. Misal üçün, Qara Qarayev prospektini deyə bilərəm. Yol ayrıcıdır, üç zolaqlı yoldur. Orta zolaq ancaq düz gedir. O böyük prospektdə cəmi bir zolaq düz gedir. Yuxarıda da 5.8.1 nişanlama var, zolaqlar üzrə hərəkət nişanları var. Nişanlama xətti yoxdur. Bu da süni tıxacların əmələ gəlməsi üçün elə bil qəsdən belə edilib. Misal üçün, yol ayrıcında hərəkət elə olmalıdır ki, üç zolağın üçündən də istifadə etmək mümkün olsun. O boyda prospekti dayandırmaq olmaz. Elə harada gəldi avtobus xətti çəkirlər, amma fikirləşmirlər. Heç bir monitorinq aparılmır ki, burada yolun axıcılıq qabiliyyəti nə dərəcədədir, pik vaxtlarında saatda buradan neçə min maşın keçir. Onlar hesablanmalıdır. Onların hamısı nəzərə alınmalıdır. Çox təəssüf ki, nəzərə alınmır.
Ona görə də yollar pik vaxtlarında demək olar ki, iflic olur. Bu məsələ çox ciddi məsələdir. Üstəlik
, bəzi vaxtlarda sürücülər cərimələnirlər də, sizin dediyiniz məqama görə bütöv xətti keçirlər. Məsələn, qayda-qanunu bilməyən sürücüləri cərimələyirlər, qayda-qanunu yaxşı bilən sürücülər isə özlərini cərimələrdən qoruyurlar. Əksinə, bayaq dediyim məqamlarda bizim sürücülərin heç bir günahı yoxdur. Yolun təşkilində ciddi qüsurlar var. Onlar təcili surətdə aradan qaldırılmalıdır”.
Xatırladaq ki, Azərbaycanda yollarda xətlənmə işlərini, yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmasına nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həyata keçirir.
R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:20
Fırında bişmiş batat və kəsmik
Sağlamlıq
Dünən, 17:00
Narın uşaqlar üçün faydaları
Populyar Xəbərlər
Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun atasını qəbul edib
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
"Tibbi İstehsalçıların iş forumu" və 11-ci Türk Tibb Dünyası Qurultayı Ankarada keçiriləcək
Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlər var
Noyabrın 22-si – Azərbaycanın ədliyyə orqanlarının yaradılmasının 107-ci ildönümüdür.
Peraşkini bu yağla qızartmaq zərərli imiş - AÇIQLAMA