Dünən, 12:41 0 Cəmiyyət / Gündəm

Qazaxda YAP-nın yaradılmasının 33-cü ildönümü qeyd edilib

Qazaxda YAP-nın yaradılmasının 33-cü ildönümü qeyd edilib
Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın təsis olunmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Qazaxda YAP-nın yaradılmasının 33-cü ildönümü qeyd edilib


Tədbirin əvvəlində iştirakçılar Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda abidəsi önünə gül dəstələri düzüb, dahi liderin xatirəsini ehtiramla yad ediblər.



Sonra tədbir təşkilatın iclas zalında davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, dünyasını dəyişən partiya üzvlərinin və torpaq uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.



Ulusum.az-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, idarə və müəssisə rəhbərləri, partiya veteranları, gənclər və şəhid ailələri iştirak ediblər.



Çıxışlarda Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın siyasi tarixində oynadığı rol, Heydər Əliyev ideyalarının bu gün də uğurla davam etdirilməsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə milli inkişaf strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi vurğulanıb.



Tədbir çərçivəsində gənclərə YAP üzvlük vəsiqələri təqdim olunub. Qeyd edilib ki, partiya sıralarına qoşulan gənclərin fəallığı və dövlətçilik maraqlarına sədaqəti YAP-ın gələcək fəaliyyətinə yeni dinamika gətirir.



R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.