Almaniyada“Sağa qarşı” şüarı altında etiraz aksiyası keçirilib
Almaniyanın bir sıra şəhərlərində radikal sağçılara qarşı keçirilən etiraz aksiyaları genişmiqyaslı xarakter alıb. “Sağa qarşı” şüarı altında baş tutan bu mitinqlərdə minlərlə insan iştirak edib. "Ulusum".az xəbər verir ki, DW-nin məlumatina görə, ən böyük aksiyalardan biri Berlin şəhərində təşkil olunub. Paytaxtın mərkəzi meydanlarında toplaşan etirazçılar sağçı ideologiyaların artmasına və cəmiyyətdə bölücülüyə səbəb olan fikirlərə qarşı birlikdə mübarizə aparmağa çağırıblar.
Etirazlar Almaniyanın digər şəhərlərində də keçirilib. Münhen, Hamburq və Frankfurt kimi şəhərlərdə sakinlər küçələrə çıxaraq radikal sağçılara qarşı birgə mövqe nümayiş etdiriblər.
Mitinqlərdə müxtəlif siyasi və ictimai təşkilatların nümayəndələri iştirak edib, demokratik dəyərlərin qorunmasının əhəmiyyəti vurğulanıb. Tədbirlərdə nifrətə və ayrı-seçkiliyə qarşı şüarlar səsləndirilib.
Aksiyalar dinc şəraitdə baş tutub və yerli hüquq-mühafizə orqanlarının nəzarəti altında keçirilib. Bu mitinqlər radikal sağçı ideologiyaların yüksəlişi ilə narahat olan Almaniya cəmiyyətinin geniş dəstəyini nümayiş etdirib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Populyar Xəbərlər