İranın xarici işlər naziri Araqçi Rusiyanın paytaxtına gəlib
İranın xarici işlər naziri Abbas Araqçi rəsmi səfərlə Rusiyanın paytaxtına gəlib.
“Ulusum”.az xəbər verir ki, bu barədə İranlı diplomat özünün “Telegram” kanalında məlumat verib.
“Bu səfər ilk növbədə Ali Liderin Rusiya Prezidentinə ünvanladığı yazılı məktubun təqdim olunması məqsədilə təşkil olunmuşdu. Eyni zamanda, bu səfərin son hadisələrlə və baş tutan dolayı danışıqlarla üst-üstə düşməsi onu daha da əhəmiyyətli edir,” – deyə açıqlamada bildirilir.
İranlı diplomat vurğulayıb ki, Tehran həmişə nüvə məsələsində Moskva ilə sıx məsləhətləşmələr aparıb və hazırkı səfər də önəmli hadisələrin müzakirəsi üçün əlavə imkan yaradır.
“Biz həmişə nüvə proqramı ilə bağlı rus dostlarımızla yaxın məsləhətləşmələr aparmışıq. Hazırda bu dialoqu yüksək səviyyədə davam etdirmək üçün münasib zamandır,” – deyə o qeyd edib.
Qeyd olunur ki, Araqçi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Tərəflər ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq platformalardakı qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 16:30
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?