Xızıda Mikayıl Müşfiqin xatirəsi anılıb
Müşfiq Ocağında keçirilən ənənəvi tədbirdə ölkənin müxtəlif bölgələrindən gələn poeziya həvəskarları bir araya gəlib.
Bu gün Xızı rayonundakı "Müşfiq Ocağı"nda görkəmli şair Mikayıl Müşfiqin anım günü münasibətilə ənənəvi tədbir keçirilib. Xızı rayon ictimaiyyətinin və respublikanın müxtəlif bölgələrindən gəlmiş Müşfiqsevərlərin iştirak etdiyi mərasimdə böyük sənətkarın irsi bir daha ehtiramla yad olunub.
Ulusum.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan şair, Prezident təqaüdçüsü Ofelya Babayeva M.Müşfiqin zəngin yaradıcılığından və Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan bəhs edib.
Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri, şair İbrahim İlyaslı çıxışında Müşfiq poeziyasının hər zaman oxucu sevgisi qazandığını və unudulmaz olduğunu vurğulayıb.
Abşeron-Xızı Regional Mədəniyyət idarəsinin nümayəndəsi Möhsün Bağırov isə xızılıların öz həmyerlilərinə bəslədiyi böyük məhəbbətdən danışaraq, tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Sonda iştirakçılar şairin abidəsi önünə tər çiçəklərdən ibarət çələnglər düzərək onun ruhuna dərin ehtiramlarını nümayiş etdiriblər.

R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Rusiya hərbi təyyarələrinin Gürcüstan üzərindən İrana uçuşları maraq yaradıb
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Avropada ən yüksək maaş verən ölkəyə çevrilib! Almaniya və Fransa buna yaxınlaşa bilmir
Qazaxda stomatoloq Tural Bayramovun TƏBİB xətti ilə fəaliyyəti diqqət çəkir
Nar Qovurması
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir