Bu gün, 09:00 0 Cəmiyyət

Xırdalanda Yanğın Şoku – Ailə Dəm Qazından Zəhərləndi!

Xırdalanda Yanğın Şoku – Ailə Dəm Qazından Zəhərləndi!
FHN-in Xırdalanda operativ xilasetmə əməliyyatı – 3 nəfər xəstəxanaya yerləşdirildi.

Ulusum.az
xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumat verib.

Xırdalan şəhərində yaşayış binasında baş verən hadisə dəhşətə gətirdi. FHN-in “112” qaynar xəttinə daxil olan məlumata əsasən, Məmməd Əmin Rəsulzadə küçəsindəki mənzildə ailə üzvləri qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN xilasediciləri mənzilin qapısını xüsusi vasitələrlə açaraq içəri daxil olublar. 1940, 1979 və 2013-cü il təvəllüdlü üç nəfər huşsuz vəziyyətdə aşkarlanıb. İlkin ehtimala görə, hadisəyə dəm qazı səbəb olub.

Zərərçəkənlərə dərhal ilkin tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıblar. Hadisə ilə bağlı araşdırma aparılır.


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.