Prezident Şahdağ Turizm Kompleksindəki “Lakeside” hotelində aparılan işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub Gündəm / Siyasət
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hotelində aparılmış işlərlə tanış olublar. “Archico” MMC-nin texniki direktoru Nazim Şirinov dövlət başçısına və birinci xanıma burada görülən və nəzərdə tutulan işlər barədə...
2-01-2025, 15:30
Monteneqroda atışma nəticəsində 12 nəfər həlak olub Hadisə
Monteneqronun Cetinye şəhərində silahlı cinayətkarın açdığı atəş nəticəsində 12 nəfər, o cümlədən iki uşaq həlak olub. Bu barədə RTCG telekanalı məlumat yayıb. Daha əvvəl 10 nəfərin öldüyü bildirilmişdi. Kütləvi qətl yanvarın 1-i axşam yerli barların birində məişət zəminində mübahisə nəticəsində baş verib. Qətldə şübhəli bilinən şəxs...
2-01-2025, 11:51
Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib Cəmiyyət
Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günü ilə əlaqədar Müdafiə Nazirliyinin bir qrup zabit heyəti, Vətən müharibəsi iştirakçıları və Milli Qəhrəmanın ailə üzvləri yanvarın 2-də onun məzarını ziyarət ediblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun...
2-01-2025, 11:49
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb, ciddi xəbərdarlıq olunub Siyasət
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Ulusum.az" xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Qeyd olunub ki, görüş zamanı ötən ilin 29 dekabrında Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam...
1-01-2025, 17:03
Kiyevə dron hücumu olub, ölən və yaralananlar var Hadisə
Yanvarın 1-də Ukrayna paytaxtına dron hücumu nəticəsində bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb. Bu barədə Ukrayna KİV-ləri Kiyev Şəhər Hərbi Administrasiyası və baş prokurorun ofisinin məlumatına istinadən bildirib. "Səhər saatlarında Rusiya PUA-larının hücumuna məruz qalan Peçersk rayonunda ziyan dəymiş yaşayış binasında...
1-01-2025, 17:02
Sergen Yalçın yenidən "Beşiktaş"ın baş məşqçisi olacaq İdman
Sergen Yalçın yenidən Türkiyənin "Beşiktaş" komandasının baş məşqçisi olacaq. Bu barədə yerli "Sözcü" nəşri məlumat yayıb. "Ağ-qaralar"ın yeni prezidenti seçilən Serdar Adalı 52 yaşlı mütəxəssislə anlaşıb. S.Yalçınla 3,5 illik müqavilənin imzalanacağı gözlənilir. O, bu postda niderlandlı Covanni van...
1-01-2025, 17:01
Türkiyədə fabrikdə güclü yanğın başlayıb Hadisə
Türkiyənin şimal-qərbində yerləşən Kırklareli şəhərində uşaq oyuncaqları fabrikində güclü yanğın başlayıb. Yanğının səbəbi hələ müəyyən edilməyib. Hadisə yerinə yanğınsöndürənlər, AFAD xilasetmə, tibb işçiləri və jandarma briqadaları gəlib. Yanğınsöndürmə işləri davam edir....
1-01-2025, 17:00
Bakı metrosunda ÖLÜM Gündəm
Bakı sakini metroda ölüb. Ulusum.az APA-ya istinadla xəbər verir ki, hadisə dekabrın 1-də metronun Əhmədli stansiyasında qeydə alınıb. Bakı şəhər sakini 59 yaşlı Elçin Babəli oğlu Babayev metroda infarktdan vəfat edib. R.Daşdəmirova...
1-01-2025, 10:21
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib Gündəm / Siyasət
Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib. "Ulusum.az" müraciəti təqdim edir: "Əziz həmvətənlər. 2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf...
1-01-2025, 00:44
Son beş ildə Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub - SİYAHI Cəmiyyət
Azərbaycanda 2020, 2021, 2022, 2023 və 2024-cü ildə uşaqlara ən çox qoyulan adlar məlum olub. Bu müddətdə körpələrə verilən isimlərin ilk onluğunda 6 qız, 4 oğlan adı qərarlaşıb. Son beş ildə körpələrə verilən adlar Uğur (9 084), Əli (8 506), Zəhra (8 299), Hüseyn (7 945), Yusif (7 943), Zeynəb (6 980), Məryəm (6 875), Aylin (6 583),...
31-12-2024, 11:33