"Feyk" xəbərlərə daha çox kim inanır?- Araşdırma

Alman alimi Maks Plank və İnsan İnkişafı İnstitutunun tədqiqatçıları, onlayn dezinformasiya və kimlərin buna daha çox meylli olduğunu öyrənmək məqsədilə genişmiqyaslı meta-analiz aparıblar. Nəticələr bir çox yayılmış stereotipləri təkzib edib.
Araşdırma Proceedings of the National Academy of Sciences (PNAS) elmi jurnalında dərc edilib.
Mütəxəssislər 31 eksperimentin nəticələrini təhlil edərək 256,337 qərarın 11,561 iştirakçı tərəfindən verildiyini müəyyən ediblər.
Məlum olub ki, təhsil dezinformasiyaya qarşı qoruyucu deyil. Ali təhsilli insanlar da təkzib edilən məlumatlara inanmağa meyilli olurlar, eynilə təhsili olmayanlar kimi. Bu, universitetlərdə inkişaf etdirilən tənqidi düşüncənin insanları feyklərə qarşı daha az həssas edəcəyini düşünən nəzəriyyəni şübhə altına alır.
Bundan əlavə, yaşlı insanlar saxta məlumatı daha yaxşı aşkar edirlər. Yaşlı nəsilin dezinformasiyaya daha həssas olduğu barədə stereotiplərin əksinə, tədqiqat göstərib ki, yaşlı insanlar daha çox səhv xəbərləri düzgün müəyyən edirlər. Lakin onlar bu cür məlumatları tez-tez internetdə paylaşırlar.
Analitik düşüncə hər zaman kömək etməz. Yüksək analitik bacarıqlara malik insanlar saxta məlumatı daha yaxşı aşkar edirlər, amma eyni zamanda motivasiyalı düşünməyə (kognitiv proses) daha meyllidirlər — yəni öz inanclarını səhv olsa da müdafiə edirlər.
Tanışlıq effekti mühüm rol oynayır. Əgər iştirakçılar artıq başlığı görmüşsə, onlar onu daha çox doğru hesab edirlər. Bu, sosial şəbəkələrdə dezinformasiyanın təkrarlanmasının təhlükəsini vurğulayır.
"Dezinformasiya — gələcək illərdə dünya üçün ən ciddi risklərdən biridir. Bizim nəticələrimiz bu problemin qarşısının alınması üçün daha effektiv strategiyaların hazırlanmasına kömək edəcək", — deyə tədqiqatın həmmüəllifi Ralf Kürvers qeyd edib.

Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 13:00
Şadlıq sarayları ilə bağlı mühüm AÇIQLAMA
İqtisadiyyat / Dünya
Bu gün, 12:00
Tramp Aİ-dən Hindistan və Çin üçün rüsumların artırılmasını istədi
Hadisə
Bu gün, 11:30
Salyanda kanaldan 19 yaşlı gəncin meyiti tapıldı
Maraqlı
Bu gün, 11:00
Şahzadə Harri atasını uzun fasilədən sonra gördü
Gündəm
Bu gün, 10:00
Netanyahu Qətərə hücuma görə alqış tələb edir
Dünya
Bu gün, 09:30
Tramp tərəfdarı 31 yaşlı Çarli Kirk güllələndi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi