Bu gün, 18:30 0 İqtisadiyyat

Turistlər İstanbula turlarını ləğv etməyə başlayıblar 🧳✈️

Turistlər İstanbula turlarını ləğv etməyə başlayıblar 🧳✈️
İstanbulda baş verən zəlzələlər fonunda bəzi turistlər bu şəhərə olan turlarını ləğv etməyə başlayıblar. Bu barədə RIA Novosti-yə Pegas Touristik turizm şirkətinin MDB üzrə koordinatoru Orxan Sandjar məlumat verib.

Onun sözlərinə görə, panika ab-havası turizmə təsir edir və insanlar İstanbula tur sifariş etməkdə tərəddüd edirlər. Lakin şirkət ümid edir ki, bu sadəcə müvəqqəti bir durumdur və qısamüddətli dövrdə turizmə təsir göstərəcək.

23 aprel tarixində İstanbul ətrafında bir neçə zəlzələ qeydə alınıb. Ən güclü təkan 6,2 bal gücündə olub. Təbii fəlakətlərə qarşı mübarizə üzrə Türkiyə İdarəsi – AFAD, təxminən 200 afterşok qeydə alındığını bildirib. Təkanlar Ankarada belə hiss olunub. Sismoloqlar Cəlal Şengör və Naci Görür isə yaxın zamanda böyük zəlzələ ehtimalı barədə xəbərdarlıq ediblər və hakimiyyəti hazırlıqlara başlamağa çağırıblar.

✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: