Azərbaycan Ermənistanın ittihamlarına cavab verdi

Azərbaycan Ermənistanın əsassız ittihamlarını rədd edib və işğaldan zərər çəkmiş ərazilərinin minalardan təmizlənməsində beynəlxalq dəstəyin vacibliyini vurğulayıb.
“Ulusum”.az xəbər verir ki, bu barədə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında Ermənistan təmsilçisinin iddialarına cavab bəyanatında bildirilib.
Martın 10-da BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilmiş 58-ci sessiyasında Azərbaycan Ermənistan nümayəndə heyətinin öz ünvanına yönəlmiş ittihamlarını təkzib edib, yalan narrativlərin təkrarlanmasının dayandırılmasına çağırıb. Bəyanatda vurğulanıb ki, Azərbaycan dünyada mina silahı ilə ən çox çirklənmiş ölkələrdən biridir, Ermənistanın işğalı dövründə onun ərazilərində 1,5 milyondan çox mina və çoxsaylı digər partlayıcı qurğular basdırılıb. Azərbaycan ərazisinin 13 %-dən çoxu minalarla çirklənmiş vəziyyətdə qalır.
"Minaların və tələlərin yaşayış məntəqələrində və obyektlərində, keçmiş cəbhə xəttindən uzaqda, dinc sakinlərin qovulduğu və qayıtmalı olduqları məskənlərdə yerləşdirildiyinə dair çoxsaylı sübutlar var. Hətta qəbiristanlıqlar və mədəni obyektlər də maksimum itkilər yetirmək məqsədilə minalanıb", – sənəddə qeyd olunub.
2020-ci ildə müharibənin başa çatmasından bəri Azərbaycanda təxminən 180 min hektar ərazi təmizlənib, burada 56 460 mina və 121 188 partlayıcı obyekt aşkar edilib. Buna baxmayaraq, mina təhlükələri azad edilmiş ərazilərin bərpasına və inkişafına əngəl törətməyə davam edir, məcburi köçkünlərin təhlükəsiz qayıdışını çətinləşdirir və təxminən 4 min itkin düşmüş Azərbaycan vətəndaşının axtarışlarını mürəkkəbləşdirir.
Ermənistan nümayəndə heyətinin mümkün şübhələrinə cavab olaraq, Azərbaycan beynəlxalq təşkilatlara təqdim edilmiş hesabatlarla tanış olmağı təklif edib.
Azərbaycan qeyd edib ki, 2020-ci ildən bəri ölkənin humanitar minalardan təmizlənməsi üçün xarici mənbələrdən lazım olan resursların cəmi 6 %-i ayrılıb və bu məsələdə beynəlxalq həmrəyliyin və dəstəyin vacibliyini vurğulayıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 16:28
DİN: Torpaq alverində saxtakarlıq – dələduzlar tutuldu
Dünya
Bu gün, 16:00
“Biz Papa ilə vidalaşırıq, o isə istehza edir” – Trampın fotosu katolikləri hiddətləndirdi
Populyar Xəbərlər
Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO
Prezident Tramp Rusiyada həbsdə olan Kseniya Karelina ilə görüşdü - VİDEO
Kolagenli qəhvə: Sağlamlıq üçün dadlı dəstək ☕✨
Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyin edilib
Hava Proqnozu 5 May 2025
Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 87 ili tamam olur - VİDEO