“Hədəfim Azərbaycanı Olimpiadada uğurla təmsil etməkdir”

Kişilər arasında son Azərbaycan çempionu Aydın Süleymanlı xüsusi olaraq Ulusum.az saytına açıqlama verib. Gənc şahmatçı çempion olması barədə bunları danışıb:
“Şahmat üzrə kişilər arasında Azərbaycan Çempionatı yüskək səviyyədə təşkil olundu, görüşləri çox maraqlı keçdi. Mənim kişilər arasında Azərbaycan Çempionatinda ilk medalım idi, şükür ki, ilk medal elə qızıl oldu. Mənim görüşlərim çox çətin keçdi. Seçmə mərhələdə ilk 4 yer finala vəsiqə qazanırdı ki, mən ikinci yeri tutub finala vəsiqə qazandım. Finaldakı görüşlərim uğurlu oldu, həm də final görüşləri "nokaut" sistemi ilə baş tutdu".
Turnirə çox ciddi hazırlaşdığını deyən Aydın Süleymanlı onun da məntiqi nəticəsi kimi qalib olduğunu bildirib.
"3-13 may tarixlərində BƏƏ-də Qlobal Şahmat Çelencində iştirak edəcəm, həmin yarışdan da gözləntilərim yüksəkdir.
Hədəfim bu il 2650 reytinq baryerini keçib milli komandanın şərəfini qorumaqdır. Bundan başqa, Azərbaycanı Olimpiadada uğurla təmsil etmək ən böyük hədəfimdir".
Qeyd edək, Aydın Süleymanlı kişilər arasında son Azərbaycan Çempionatının qalibi olub.
Ağa Dadaşzadə
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 17:30
Bananlı zapekanka: axşamdan hazırla, səhər zövq al
İqtisadiyyat
Bu gün, 17:00
Pensiya alanlara ŞAD XƏBƏR!
Dünya
Bu gün, 16:00
Berlində “ölüm həkimi”nin məhkəməsi başladı
Dünya
Bu gün, 15:30
Tramp: Dohaya hücum qərarını mən yox, Netanyahu verib
İdman
Bu gün, 15:18
İlqar Nadiri vəzifəsindən ayrıldı
İqtisadiyyat / Dünya
Bu gün, 15:00
ABŞ-da “dollar dövrünün sonu” müzakirə olunur
Mətbəx
Bu gün, 14:00
Qışa tərəvəzli ragu hazırlayırıq
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Qadınların “TikTok” və “Instagram” hesablarını sındıran şəxs saxlanıldı - VİDEO