Bir vətəndaş üçün azadlıqdan üstün heç nə yoxdur..
28 May – Müstəqillik Günü Azərbaycanın şanlı tarixinin qızıl səhifəsidir.
Müstəqillik hər bir ölkənin var olması üçün çox əhəmiyyətlidir.
Müstəqilik- istər fərd olaraq hər bir vətəndaş, istərsə də bütöv bir xalq, bir millət üçün müqəddəs, əvəzolunmaz nemətdir.
Müstəqillik - hər bir xalqın milli kimliyinin dünyəvi təsdiqidir.
Ulusum.az xatırladır ki, XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqillik qazanaraq milli dövlətçiliyini qurmaq imkanı əldə etmişdir. 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti məlum səbəblərdən süquta uğrasa da, əsrin sonlarında - 1991-ci ildə tarixi ədalət yenidən bərpa edildi. SSRİ imperiyası dağıldı və Azərbaycan xalqı öz tarixi haqqına - milli müstəqilliyə nail oldu. Lakin müstəqillik digər keçmiş sovet respublikaları ilə müqayisədə Azərbaycana böyük qurbanlar və çətinliklər bahasına başa gəldi. Soydaşlarımızın əsrlərlə ardıcıl mübarizə apardığı milli azadlığına, dövlət müstəqilliyinə mane olmaq, onun mübarizə əzmini qırmaq üçün ən məkrli siyasi təxribatlar mexanizmi işə salındı. Ermənistanın Azərbaycan torpaqlarının işğalı, respublikamızı daxildən parçalamaq və xalqımızı vətəndaş müharibəsi girdabına sürükləmək cəhdləri, daxili və xarici düşmən qüvvələrin gənc, müstəqil respublikamıza qarşı ideoloji-siyasi və hərbi təxribatları son 7-8 ildə Azərbaycanın hansı çətinliklər və tarixi sınaqlarla üzüzə gəldiyini göstərir. Lakin bütün bunlar xalqımızın mübarizliyini, gələcəyə inamını, milli-mənəvi mətanətini sarsıda bilmədi. Azərbaycan xalqı qədim və şərəfli tarixinin bu keşməkeşli və ziddiyyətli dönəminə də mərdliklə sinə gərdi, azadlıq, demokratiya yolundan dönmədi.
1993-cü ilin iyun hadisələri, AXC - Müsavat iqtidarının siyasi səriştəsizliyi nəticəsində qardaş qanı axıdılması, ölkənin real parçalanma və
vətəndaş müharibəsi həddinə çatdırılması yuxarıda qeyd etdiyimiz təxribatlar zəncirinin xüsusilə təhlükəli bir həlqəsi idi. Məhz xalqın belə bir ağır
məqamında dünya şöhrətli siyasətçi Heydər Əliyevin öz müqəddəs xilaskar missiyası ilə böyük siyasətə qayıdışı, xalqın istəyi və arzusu ilə yenidən ölkə rəhbərliyinə gəlişi Azərbaycanda illərlə davam edən anarxiyaya, başıpozuqluğa, siyasi hakimiyyətsizliyə, etnik separatçılığa, iddialı
siyasətbazların naşı eksperimentlərinə, hərbiləşmiş cinayətkar dəstələrin qətl və qarətlərinə, özbaşınalıq və dərəbəylik əməllərinə son qoydu. Böyük
şəxsiyyətin siyasi müdrikliyi, uzaqgörən siyasəti sayəsində artıq əldən getməkdə olan dövlət müstəqilliyimiz, milli azadlığımız qorunub saxlandı.
Heydər Əliyev yorulmaz və gərgin siyasi-diplomatik fəaliyyəti, dövlətçilik təcrübəsi, Azərbaycan xalqının milli maraq və ideallarına bağlılığı ilə
ümummilli rəhbər olduğunu bütün dünyaya, eyni zamanda, daxili-xarici bədxahlara bir daha sübut etdi. Ümumxalq sevgisi, inamı və dəstəyi ilə,
qanuni demokratik yolla hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycanda daxili ictimai-siyasi sabitliyin yaradılması, tarazlı və uğurlu xarici siyasət
yeridilməsi, cəmiyyətdə demokratik prinsiplərin bərqərar olması, dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, hüquqi və
dünyəvi dövlət quruculuğu uğrunda yorulmaz fəaliyyəti son dövr tariximizin ən şərəfli səhifələridir. Azərbaycan dövlətçiliyinin, milli müstəqilliyin daimi və dönməz xarakter alması, müstəqil və uğurlu daxili-xarici siyasət, respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması və dünya birliyində
sivil ölkə kimi tanınması məhz Heydər Əliyevin böyük zəhmətlərinin nəticəsidir. Azərbaycan Respublikasının beynəlxalq aləmdə get-gedə artan nüfuzu, daxili sabitliyə nail olunması, yürüdülən müstəqil daxili, xarici siyasət, ölkədə aparılan demokratik islahatlar düşmən dairələri xalqımıza və
respublikamıza qarşı növbəti təxribatlara əl atmağa sövq etdi.
1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri, xalqımızın və dövlətçiliyimizin əvəzedilməz lideri prezident Heydər Əliyevin həyatına suiqəsd təşəbbüsləri artıq ən yeni tariximizin qara ləkələri kimi keçmişə gömüldü. Bu təxribatlar müdrik dövlət başçımızın son dərəcə tədbirli, təmkinli, səbatlı və uzaqgörən siyasəti sayəsində baş tutmadı. Gərgin və narahat hadisələr zamanı bütün Azərbaycan xalqı bir nəfər kimi öz dövlətçiliyi və qanuni Prezidenti ətrafında səfərbər oldu və düşmənin məkrli niyyətlərinin qarşısı alındı. Milli dövlətçiliyimizin və ümumən xalqımızın bu parlaq tarixi qələbələri də məhz böyük siyasətçi, müdrik şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
Bu fakt danılmazdır ki, Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur.
Ulu Öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir. Ümummilli Liderin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ulu Öndərin yaratdığı quruculuq şəraiti indi Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır və inkişaf etdirilir.
Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət yetirilir.
Respublikamız bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
İqtisadi inkişaf tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada liderlik edir.
Hər bir azərbaycanlı dövlətimizlə fəxr edir!
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
25-05-2024, 18:50
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
28-05-2024, 06:00
Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd edilir. Ulusum.az xatırladır ki, 106 il əvvəl
24-04-2024, 05:30
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb. Ulusum.az xəbər verir ki, siyahı Azərbaycan
27-05-2024, 11:10
Müstəqillik mənəvi duyğudur. Xalqlar var ki, müstəmləkəçiliyə məhkumdurlar, çünki onu qəbul edib, boyun əyiblər. Amma
10-05-2024, 01:00
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Ulusum.az-ın məlumatına görə, Heydər
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 20:00
“Akvarel yağışı” təqdim olunub
Analitika
Bu gün, 18:32
Çin və Amerika Arasında Ticarət Müharibəsi
Cəmiyyət
Bu gün, 17:39
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
Hadisə
Bu gün, 16:27
ABŞ-ın Londondakı səfirliyində partlayış baş verib
Hadisə
Bu gün, 16:23
Olaf Şolts Rusiyanın "Oreshnik" ballistik raketindən istifadəsini "qorxunc eskalasiya" hesab edir
Cəmiyyət
Bu gün, 16:22
Jerusalem Post: “İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib”
Siyasət
Bu gün, 14:25
İtaliya BCM-nin Netanyahunun həbsi ilə bağlı qərarının siyasi nəticələrindən qorxur
Populyar Xəbərlər
Çin və Amerika Arasında Ticarət Müharibəsi
Salyan sakini ölümlə çarpışan yaralı hacıleylək quşunu xilas edib
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar
Yerüstü piyada keçidi dağıdılıb
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb