26-05-2025, 15:12 0 Dünya

Brijitdən Makrona sillə – Fransız tərzi sevgi nümayişi - VİDEO

Brijitdən Makrona sillə – Fransız tərzi sevgi nümayişi - VİDEO
Fransa prezidenti Emmanuel Makronun Vyetnama səfəri zamanı qeyri-adi görüntülər yayılıb. Təyyarənin qapısı açılan anda Brijit Makron həyat yoldaşına zarafatla sillə vurur. Kadrlarda Makronun təyyarənin qapısında göründüyü an həmin jest baş verir.

Hadisə ictimaiyyətdə maraq doğursa da, Yelisey sarayı insidentin sadəcə cütlüyün zarafatı olduğunu bildirib. Onlar bu cür “şənlənərək” rəsmi tədbirdən əvvəl stress atdıqlarını açıqlayıblar.

Rəsmi dairələr bunu "konspirasiya nəzəriyyələrinə yem" olaraq şərh etməyə ehtiyac olmadığını vurğulayıblar.



Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: