Azərbaycan Bağdadda Asiya Parlament Assambleyası komitəsinin iclasında təmsil olunur
İraqın paytaxtı Bağdadda Asiya Parlament Assambleyasının (APA) Siyasi işlər üzrə daimi komitəsinin iclası işinə başlayıb. İclas İraq Parlamenti spikeri Mahmud əl-Məşhədanin himayəsi ilə keçirilir.
"Ulusum".az AZƏRTAC-a istinadla bildirir ki, iki gün davam edəcək tədbirdə APA-nın hazırkı sədri Azərbaycanla yanaşı, digər üzv dövlətlərdən Pakistan, İndoneziya, İraq, Kamboca, Səudiyyə Ərəbistanı, Türkiyə, Kipr, Fələstin, Rusiya, Qətər, İran, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndən heyətlər iştirak edirlər.
Bəhreyn Xəbər Agentliyi bildirir ki, Asiya Parlament Assambleyasının siyasi məsələlərlə bağlı daimi komitəsinin iclasının gündəliyində səkkiz qərar layihəsinin müzakirəsi yer alır. Bildirilir ki, iclasda hüququn aliliyi və məhkəmələrin səlahiyyətlərinin artırılması, parlament təcrübələrinin inkişaf etdirilməsi, Asiyada tərəfdaşlıq və əməkdaşlıq vasitəsilə rifahın yaradılması, Asiya parlamentləri və hökumətləri arasında əməkdaşlıqla, demokratiya vasitəsilə ahəngdar inkişafa nail olmaq mövzularında müzakirələr aparılacaq. Eyni zamanda, Yaxın Şərqdəki son vəziyyət iclasda müzakirələrin mövzularından olacaq.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 09:30
Bazarda satılan “qara çörək”lərin sirri açıldı
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib FOTO , VİDEO
Millət vəkili Müşfiq Məmmədli canlı yayımda çətin sual qarşısında aciz qaldı VİDEO
Tanıyaq: Qazaxlı Məmmədəli – SSRİ çempionu pəhləvanın həyat yolu
Gəncə şəhərində bu vəzifəyə ciddi ehtiyac var
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?