Quş qripi epidemiyaya çevrilməyəcək – ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) quş qripinin insanlar üçün aşağı risk daşıdığını açıqlayıb və yalnız agro-sənaye sektorunda çalışanların əlavə qorunmaya ehtiyacı olduğunu vurğulayıb.
“Ulusum”.az xəbər verir ki, ABŞ-da ilk quş qripindən ölüm hadisəsi bildirildikdən bir gün sonra, ÜST riski "aşağı" olaraq qiymətləndirib. Təşkilat, H5N1 virusunun əsasən heyvandarlıq sahəsində çalışanlara təsir etdiyini və bu insanların daha güclü qorunma tədbirlərinə ehtiyac duyduqlarını bildirib. ÜST-nin sözçüsü Marqaret Harris Cenevrədə jurnalistlərlə görüşərək virusun insanlar arasında yayılmadığını və yalnız ev quşları və ya mal-qara ilə təmasdan sonra insanlara keçə biləcəyini açıqlayıb. O, virusun davamlı yayılmadığını da qeyd edib.
Harris həmçinin bildirdi ki, Luzianada quş qripindən ölmüş şəxs yaşlı olub, ətrafında əlavə xəstəliklər varmış və həm ev quşları, həm də vəhşi quşlarla təmasda olmuşdur. ABŞ-da bu hadisədən sonra agro-sənaye müəssisələrində nəzarət gücləndirilib.
Avropada keçən ilin payızında quş qripi hallarının artdığı qeyd edilib (sentyabr-dekabr arası 657 hal), amma ümumilikdə göstəricilər əvvəlki illərə nisbətən daha aşağıdır.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:00
Səhərlər acqarına ilıq su içmək mütləqdir
Populyar Xəbərlər
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Rusiya hərbi təyyarələrinin Gürcüstan üzərindən İrana uçuşları maraq yaradıb
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Avropada ən yüksək maaş verən ölkəyə çevrilib! Almaniya və Fransa buna yaxınlaşa bilmir
Qazaxda stomatoloq Tural Bayramovun TƏBİB xətti ilə fəaliyyəti diqqət çəkir