Dünən, 11:07 0 Cəmiyyət / Gündəm

Çayxanada müəllimi bıçaqlayan şəxsə AĞIR CƏZA

Çayxanada müəllimi bıçaqlayan şəxsə AĞIR CƏZA
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Canpolad Xanmirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.аz istinadən ulusum.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İstintaq materiallarına əsasən, Canpolad Xanmirzəyev 22 aprel 2023-cü ildə saat 01 radələrində Tovuz rayonu, Köhnəqala kəndinin mərkəzi hissəsində yerləşən kafedə müştəri qismində olarkən spirtli içkilər qəbul edib. Sərxoş vəziyyətdə olduğu halda həmin kafedə əyləşmiş tanışı, Köhnəqala kənd sakini Elsevər Alıyevlə aralarında mübahisə yaranıb.

Mübahisə zamanı təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmaq qərarına gəlib. Bu məqsədlə üzərində olan mətbəx bıçağından istifadə edərək Elsevərin qarın və sol qolaltı nahiyələrinə iki dəfə bıçaq zərbəsi endirib.

Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, zərərçəkmiş Elsevər Alıyev məktəblərin birində müəllim işləyib.

Ulusum.az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.