Dünən, 10:42 0 Cəmiyyət / Gündəm

Arvadını uşaqlarının gözü qarşısında bıçaqlayan şəxslə bağlı QƏRAR

Arvadını uşaqlarının gözü qarşısında bıçaqlayan şəxslə bağlı QƏRAR
Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhd və mənzil toxunulmazlığını pozmada təqsirləndirilən Yusif Tahirovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Ulusum.az xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

İttihama görə, hadisə 11 mart 2025-ci il tarixdə Bərdə şəhərində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, Yusif Tahirov 2021-ci ildə boşandığı keçmiş arvadı, zərərçəkmiş Aygün Kazımova (soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qadının 2015-ci il təvəllüdlü oğlunu evdə tək qoyması, 2017-ci il təvəllüdlü qızını isə saxlaması üçün başqa şəxslərə verməsi və aliment ödəməsinə baxmayaraq hər iki uşağını onunla görüşdürməməsi, uşaqlara normal baxmaması olub.

Yusif də bunlara görə Aygünə irad tutub. Keçmiş arvadı isə ona "get, nə bilirsən et" deyib. Bundan əsəbiləşən Yusif mağazadan bıçaq alaraq, zərərçəkmiş şəxsin yaşadığı evə gedib. O, azyaşlı övladlarının gözü qarşısında Aygünə ümumilikdə 16 bıçaq zərbəsi endirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hadisədən sonra Yusif Tahirov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən onun apellyasiya şikayəti təmin edilməyib.


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.