Amnistiya aktının icrasına başlandı
Amnistiya aktı 4 saylı cəzaçəkmə müəssisəsində olundu.
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktı 4 saylı cəzaçəkmə müəssisəsində olunub.
Ulusum.az xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində Amnistiya aktı ilkin mərhələdə 52 nəfərə şamil olunub. Onlardan 22 nəfər bu gün azadlığa buraxılıb.
Tədbirdə Ombudsman, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc və digər qonaqlar iştirak edirlər.
Qeyd edək ki, Amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib.
Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digərlərinin cəzadan, yaxud cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Sənədə görə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 11:24
4000 illik qoyun Tunc dövrü vəbasının sirrini açdı
Populyar Xəbərlər
Azərbaycan–Özbəkistan rəssamlarının dostluq sərgisi
Ağstafada tanınmış rəssam Nəvai Mətinin 60 illik yubileyi böyük təntənə ilə keçirildi
“Könül dəftərim” – səssiz qalan sənətə səs verən sənədli film layihəsi
"Sevginin vətəni yoxdur" tamaşası teatrsevərlərlə görüşdü
Yaşla bağlı əzələ zəifliyinin qarşısını alan zülal kəşf edildi
Orta məktəblər üçün yeni dərslik HAZIRLANACAQ8