Yevlaxda baş verən yanğında şəhid anası həlak oldu
Yevlaxdakı yanğında şəhid anası həlak oldu - Bacı-qardaşı yaralandı
Yevlaxda Səməd Vurğun küçəsində yerləşən mənzildə baş verən yanğın ölümlə nəticələnib. Hadisə zamanı 1945-ci il təvəllüdlü Nərgiz Mikayılova yanaraq həyatını itirib. Onunla birlikdə evdə olan Yasəmən Vahabova və Kamran Mehdiyev isə ağır yanıq xəsarətləri alıblar. Yaralılardan biri ambulator müalicə üçün evə buraxılıb, digəri isə Yanıq Mərkəzinə təxliyə edilib.
Məlum olub ki, ölən Nərgiz Mikayılova Birinci Qarabağ müharibəsi şəhidi Məhəmmədəli Mehdiyevin anasıdır. Yanğın mənzilin 20 kvadratmetrlik hissəsini əhatə edib və əşyalarla birlikdə tam yanıb.
Yanğın zamanı ölən Nərgiz Savalan qızı Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısıdır.
Qeyd edək ki, 1972-ci il təvəllüdlü Məhəmmədəli Mehdiyev Qarabağda gedən döyüşlərdə 20 yaşında şəhid olub.
Ulusum.az / R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:40
Babək rayonunun bəzi ərazilərində işıq olmayacaq
Populyar Xəbərlər
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq
