Ağstafada musiqi müəllimi dərs zamanı vəfat edib VİDEO
1984-cü il təvəllüdlü Günel Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb
Ulusum.az-a Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzindən verilən məlumata görə, mərkəzin musiqi müəllimi Günel Hüseynova dərs zamanı qəfil halı pisləşib. Hadisə 24 oktyabr 2025-ci il tarixində, saat 16:50 radələrində baş verib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən ulusum.az-a bildirilib ki, həmin saatlarda Ağstafa rayonundan daxil olan çağırış əsasında ünvana dərhal təcili tibbi yardım briqadası göndərilib.
1984-cü il təvəllüdlü qadın müəlliməyə hadisə yerində ilkin tibbi yardım göstərilib və aqonal vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Xəstəxananın Təcili tibbi yardım şöbəsindən verilən məlumata görə, reanimasiya tədbirlərinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səylərinə rəğmən, saat 17:05-də Günel Hüseynovanın bioloji ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
