Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilib

33 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 82 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Bu barədə "Ulusum".az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Daxili müsahibə elan edilən vəzifələrin 8-i inzibati vəzifələrin dördüncü təsnifatına, 16-sı beşinci təsnifatına, 16-sı altıncı təsnifatına və 42-si yeddinci təsnifatına aiddir. Qeyd edək ki, daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi(10 vəzifə) tərəfindən təqdim olunub.
Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 10-u Naxçıvan Muxtar Respublikasının 6 dövlət orqanı, 36-sı isə 15 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:
Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 13 yanvar 2025-ci il tarixindən 27 yanvar 2025-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Bu gün, 20:00
Kraliça Kamilla indi detektiv roman qəhrəmanı
Dünya
Bu gün, 19:57
İran hədələdi: Hörmüz boğazı bağlana bilər!
Şou-biznes / Türkiyə
Bu gün, 19:30
Məhkəmə qərarı şok etdi: Ozan Güvenə 15 ay həbs!
Maraqlı
Bu gün, 17:00
Dünyanı dəyişən insan – İnfluenser kimdir?
Sağlamlıq
Bu gün, 16:30
Niyə Qarın Yağlarım Getmir? Doğru Yanaşmanın Sirri
Populyar Xəbərlər
Müğənni Şimal xərçəngdən vəfat etdi – Ərindən ürək parçalayan sözlər
Britaniya polisi kral III Çarlzın mühafizəçilərinə yönəlmiş terror hücumunu önləyib
“Qayıdın, Qəzzaya çatmayacaqsınız!” – İsraildən Tunberqə sərt mesaj - FOTO
Macar baş nazirdən Avropaya mesaj: "Öz maraqlarınızı düşünün, Putini yox!"
Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - VİDEO
Hindistanda DƏHŞƏT: Təyyarə yaşayış məhəlləsinə düşdü – 240-dan çox sərnişin var idi - VİDEO