Bakı aeroportu Formula 1-lə bağlı sərnişinlərə müraciət edib

Bakıda keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyatın məhdudlaşdırılması, eləcə də ölkəmizə gələn qonaqların sayının artması gözlənilir.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişinlərə müraciətində bildirilir.
Hava limanı bəyan edib ki, sərnişinlərin səfərlərini bu halları nəzərə alaraq planlaşdırmaları və hava limanına rahat çatmaq üçün əlavə vaxt ayırmaları tövsiyə edilir.
O cümlədən, sərnişinlərin səyahətlərini asanlaşdırmaq üçün bir sıra tövsiyələrə əməl etmələri məsləhət görülür:
Hava limanına erkən gəlmək: Bütün təhlükəsizlik və qeydiyyat prosedurlarını rahatlıqla keçə bilməniz üçün uçuşdan ən azı 2 saat əvvəl hava limanında olun.
Onlayn qeydiyyatdan keçmək: Gözləmə müddətini minimuma endirmək üçün uçuşdan əvvəl onlayn qeydiyyatdan keçin. Bəzi aviaşirkətlər uçuşdan 48 saat əvvəl qeydiyyat imkanı təqdim edir, bu imkandan yararlanaraq vaxtınıza qənaət edin.
Uçuş terminalını əvvəlcədən yoxlamaq: Uçuşunuzun hansı terminaldan həyata keçiriləcəyini elektron biletinizdən və ya aviaşirkətin rəsmi veb-saytından əvvəlcədən öyrənin ki, qarışıqlıq olmasın.
“Aeroexpress” xidmətindən istifadə etmək: “28 may” metro stansiyasından hava limanına və geri rahat və tıxacdan kənar bir yol seçmək üçün Aeroexpress ictimai nəqliyyatından istifadə edin.
Parklanma qaydalarına riayət etmək: Nəqliyyat vasitənizi yalnız hava limanında parklanma üçün ayrılmış rəsmi yerlərdə saxlayın. Əks halda, keçidlərin bağlanmasına və digər avtomobillərin hərəkətinə mane olaraq süni tıxaclar yarada bilərsiniz. Sərnişinləri 5 dəqiqə ərzində düşürüb və ya götürmək üçün xüsusi “drop-off” zonalarından istifadə edin.
Parklanma ödənişlərini onlayn etmək: Vaxtınıza qənaət etmək üçün AzParking, ABB, Birbank mobil tətbiqləri və ya Tezödə platformasından istifadə edərək parklanma haqqını asanlıqla onlayn ödəyə bilərsiniz. İlk 15 dəqiqəlik parklanma üçün ödəniş tələb olunmur.
Xüsusi qayğıya ehtiyacı olan sərnişinlər üçün: Əgər xüsusi qayğıya ehtiyacınız varsa, uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətə məlumat verin ki, hava limanında və təyyarədə sizə lazımi dəstək təmin edilsin.
"Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün xidmətləri sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün bu müddət ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Səyahətinizi vaxtında planlaşdıraraq rahatlığınızı təmin edin", - deyə müraciətdə qeyd olunub.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Dünən, 21:00
“İkinci Dəri": Hər Qadının Güclü Alter-Egosu
Hadisə
Dünən, 20:30
Bilgəhdə faciə: Kiçik bir ömür dalğalarda itdi
Maraqlı
Dünən, 20:00
Kraliça Kamilla indi detektiv roman qəhrəmanı
Dünya
Dünən, 19:57
İran hədələdi: Hörmüz boğazı bağlana bilər!
Şou-biznes / Türkiyə
Dünən, 19:30
Məhkəmə qərarı şok etdi: Ozan Güvenə 15 ay həbs!
Maraqlı
Dünən, 17:00
Dünyanı dəyişən insan – İnfluenser kimdir?
Populyar Xəbərlər
Müğənni Şimal xərçəngdən vəfat etdi – Ərindən ürək parçalayan sözlər
Britaniya polisi kral III Çarlzın mühafizəçilərinə yönəlmiş terror hücumunu önləyib
“Qayıdın, Qəzzaya çatmayacaqsınız!” – İsraildən Tunberqə sərt mesaj - FOTO
Macar baş nazirdən Avropaya mesaj: "Öz maraqlarınızı düşünün, Putini yox!"
Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - VİDEO
Hindistanda DƏHŞƏT: Təyyarə yaşayış məhəlləsinə düşdü – 240-dan çox sərnişin var idi - VİDEO