İranda etiraz aksiyalarında ölənlərin sayı 35-ə çatıb
Nyu-Yorkda yerləşən Human Rights Watch təşkilatı cümə günü bildirib ki, İranda polis zorakılığı nəticəsində 36 nəfər ölüb.

İranda davam edən etiraz aksiyaları zamanı ölənlərin sayı artaraq 35 nəfərə yüksəlib.
ABŞ-də fəaliyyət göstərən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) tərəfindən yayılan məlumata görə, ulusum. az xəbər verir ki, ölənlərdən 29-u etirazçı, dördü uşaq, ikisi isə İran təhlükəsizlik qüvvələrinin üzvüdür.
Agentliyin məlumatında qeyd olunur ki, etiraz aksiyaları çərçivəsində indiyədək 1200-dən çox şəxs saxlanılıb.
Xatırladaq ki, İranda iqtisadi böhran fonunda ötən həftə başlayan etirazlar hazırda ölkənin 31 əyalətindən 27-də davam edir. Daha əvvəl yayılan rəsmi məlumatlarda ölənlərin sayının 20 nəfər olduğu bildirilmişdi.
Vəziyyət beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox