“Anama da demirəm!” – Pərviz Həsənovun gəlirlə bağlı fikirləri gündəm oldu

Mentor və beynəlxalq dərəcəli neft mühəndisi Pərviz Həsənovun gəlirlərin gizli saxlanması ilə bağlı açıqlaması ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. O, bildirib ki, şəxsi gəlirin hətta ailə üzvlərindən belə gizli qalması daha məqsədəuyğundur:
“Həyatda sənin gəlirini səndən başqa heç kim bilməməlidir. Anadamı? Bəli! Həyat yoldaşıdamı? Bəli! Hələ də mənim gəlirimi həyatımda heç kim bilmir. Bunu hörmətlə qarşılayırlar.”
Bu fikirlər cəmiyyətdə müxtəlif reaksiyalar doğurub. Bəziləri şəxsi maliyyə məlumatlarının gizli saxlanmasını şəxsi seçim və təhlükəsizlik tədbiri kimi qəbul etsə də, digərləri ailə üzvləri arasında maliyyə şəffaflığının və etibarın vacibliyini vurğulayır.
Sosioloq Mail Yaqub məsələ ilə bağlı bildirib ki, gəlirin gizlədilib-gizlədilməməsi ailənin daxili münasibətlərindən asılıdır:
“Əgər ailədə tərəflər bir-birini anlayırsa, ortada dəyər varsa, bu halda kişi və ya xanımın gəliri şəffaf olsa da, heç bir problem olmayacaq. Əksinə, dəyər olmasa, kişi və ya xanım gəlirlərini bir-birindən gizlədəcək.”
O, əlavə edib ki, Azərbaycan cəmiyyətində kişilərin gəlirlərini ailə üzvlərindən gizlətməsi uzun illərdir mövcud olan bir ənənədir.
Bu müzakirələr fonunda, iqtisadi təhlilçilər də gəlir şəffaflığının vacibliyinə diqqət çəkirlər. İqtisadi məsələlər üzrə təhlilçi Rəşad Həsənov qeyd edir ki, gəlir bəyannaməsinin tətbiqi və məmur biznesinin aradan qaldırılması vergi şəffaflığına təkan verə bilər:
“Gəlir bəyannaməsinin tətbiqi və məmur biznesinin aradan qaldırılması vergi şəffaflığına təkan verə bilər.”
Beləliklə, Pərviz Həsənovun açıqlaması şəxsi maliyyə məlumatlarının gizliliyi ilə bağlı cəmiyyətin müxtəlif təbəqələrində fərqli baxışların mövcud olduğunu göstərir. (qafqazinfo)
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 12:30
Güclü külək Naxçıvan və Ağdamda fəsadlar törədib
Sağlamlıq
Bu gün, 11:54
Brokkoli və axşam yeməyi: fayda yoxsa diskomfort?
Sağlamlıq
Bu gün, 11:00
Kabab zövqdür, yoxsa gizli təhlükə?
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?