Prezident İlham Əliyev Antalyada Forumda: Regional Əməkdaşlıq və Strateji Tərəfdaşlıq Görüşləri

10 aprel 2025, 14:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 10-da Türkiyəyə işgüzar səfərə gəlib.

Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşıladıla

11 aprel 2025, 10:35
Aprelin 11-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlər və qarşılıqlı səfərlərin önəmi müzakirə olunub.

11 aprel 2025, 12:35
Aprelin 11-də Antalyada Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında strateji müttəfiqlik münasibətləri, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

11 aprel 2025, 15:45
Prezident İlham Əliyevin Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşündə Suriyada baş verən dəyişikliklər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Görüş zamanı Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı və qarşılıqlı səfərlərin təşkili ilə bağlı razılıq əldə edilib.

11 aprel 2025, 16:25
Diplomatiya Forumu 2025, 11-13 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçirilir. Forumun əsas mövzusu “Ayrışan Dünyada Diplomasiyanı Yenidən Sahiplenmek”dir. Tədbirdə 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir və 450-dək nümayəndə iştirak edir. Forumda 50-dən çox tədbir keçiriləcək və iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi qlobal məsələlər müzakirə olunacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da tədbirdə iştirak edirlər.

11 aprel 2025,18:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin tarixi xarakter daşıdığı vurğulanıb, iqtisadi, ticarət və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. İrakli Kobaxidze Prezident İlham Əliyevin aprelin 4-də ADA Universitetində keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq forumda Gürcüstanla əlaqələrə dair söylədiyi fikirlərin ölkəsində böyük maraqla qarşılandığını bildirib.

11 aprel 2025, 19:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Antalyada Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri General Abdel Fattah al-Burhan ilə görüşüb. Görüşdə ölkələrimiz arasında tarixi əlaqələrin mövcud olduğu, xüsusilə mədən sənayesi, neft, energetika, infrastruktur və investisiyalar sahələrində əməkdaşlıq imkanlarının geniş olduğu qeyd edilib. Həmçinin, təhsil və təlim sahələrində də əməkdaşlığın inkişafı müzakirə olunub.

12 aprel 2025, 12:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 12-də Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü olub.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Gündəm
Bu gün, 19:30
“Qəhrəmanlar Anası” adlı anım tədbiri keçirilib
Hadisə
Bu gün, 18:30
Şamaxıda zəlzələ olub
Hadisə
Bu gün, 16:49
ADA məktəbinin şagirdi vəfat edib
Siyasət
Bu gün, 16:16
Zakir Həsənov Yaşar Güler ilə görüşüb
Populyar Xəbərlər