23-04-2025, 12:30 0 İqtisadiyyat

Azərbaycan PATA sammitində dayanıqlı turizm təşəbbüslərini təqdim edib

Azərbaycan PATA sammitində dayanıqlı turizm təşəbbüslərini təqdim edib
Azərbaycanın turizm sahəsində dayanıqlı inkişaf istiqamətində atdığı addımlar 21-23 aprel tarixlərində İstanbulda keçirilən Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində təqdim olunub.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən təmsil olunan ölkəmiz, tədbirdə ekoloji məsuliyyətli turizm, mədəni irsin qorunması və icma əsaslı təşəbbüslər üzrə mövqeyini bölüşüb. Turizm Bürosunun sədri Florian Zenqstşmid davamlı inkişaf və innovativ siyasət yanaşmaları mövzusunda çıxış edib.

Azərbaycan PATA sammitində dayanıqlı turizm təşəbbüslərini təqdim edib


Sammit çərçivəsində Azərbaycanın beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları geniş müzakirə olunub və gələcək layihələr üçün ilkin razılaşmalar əldə edilib. Tədbir ölkəmizin qlobal turizm siyasətində aktiv rolunu nümayiş etdirməklə yanaşı, dayanıqlı turizm sahəsində təcrübəsinin paylaşılması baxımından da əhəmiyyətli platforma olub.

✍️ Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: