Süd məhsullarının emalı müəssisəsində nöqsanlar aşkarlandı FOTOLAR

Binəqədi rayonunda fəaliyyət göstərən süd məhsullarının emalı müəssisəsində nöqsanlar aşkarlanıb.
Daxil olmuş vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Baksol” adlanan ərazidə fəaliyyət göstərən süd məhsullarının emalı müəssisəsində yoxlama aparılıb.
Agentlikdən Ulusum.az-a bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, temperatur rejiminə və texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, qida obyektinə qəbul edilmiş məhsulların müvafiq müşayiətedici sənədlərinin mövcud olmadığı, emal edilmiş məhsulların qablaşdırma materiallarının qida təhlükəsizliyi sahəsində normativlərə cavab vermədiyi, qida məhsullarının yuyulması üçün ayrıca yuma çanağının təşkil edilmədiyi, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi və mütəmadi təmizlik işlərinin aparılmadığı üzə çıxıb.
Eyni zamanda müəssisədə müxtəlif istehsalçılara aid etiketlər aşkarlanıb. Müəssisədə istehsal olunan “Alpen” əmtəə nişanlı mozarella pendirinin etiket məlumatlarında məhsulun növü olaraq “mozarella” deyil, “gouda” sözünün qeyd edildiyi, məhsulun emalı zamanı istifadə edilən bitki yağı barədə məlumatların dolğun qeyd olunmadığı müəyyən olunub. Bundan əlavə etiket məlumatlarında qanunsuz olaraq digər qida obyektinə məxsus qida məhsulları sahəsində fəaliyyət göstərən subyektin dövlət reyestrindən çıxarışının nömrəsi qeyd edilib. Qida obyektində hazır məhsul kamerasına baxış keçirilən zaman üzərində qanunvericiliyə uyğun etiket məlumatları olmayan ümumi çəkisi 1297 kq pendir məhsulu aşkarlanıb.
Müayinələrin aparılması məqsədilə müəssisədə emal olunan “Sweet” əmtəə nişanlı mozarella pendirindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib, süd məhsullarının emalının dayandırılmasına dair “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərar qəbul olunub.
Araşdırmalar davam etdirilir.



Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
İdman
Bu gün, 12:30
Azərbaycan–Ukrayna oyunu 1:1 hesabı ilə başa çatdı
Cəmiyyət
Bu gün, 11:55
Sentyabrın 22-i Azərbaycana payız gələcək
Hadisə
Bu gün, 11:30
Gəncədə yol qəzası – iki piyada xəsarət aldı
Dünya
Bu gün, 11:10
Nepalda böhran: prezident və baş nazir istefa verdi
Cəmiyyət
Bu gün, 11:00
Fuad Musayev Şirvanda vətəndaşları qəbul edəcək
Dünya
Bu gün, 11:00
Vaşinqtonun narazılığı – Tramp Dohaya zərbəni şərh etdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə