22-04-2024, 16:12 0 Gündəm / Cəmiyyət / İdman

“Bakı Marafonu 2024” günü hava necə olacaq? EKSKLÜZİV

“Bakı Marafonu 2024” günü hava necə olacaq? EKSKLÜZİV

Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçiriləcək.

ULUSUM.az xəbər verir ki, həmin gün Bakı və Abşeron yarımadasında hava buludlu olacaq, gündüz 22 dərəcə isti proqnozlaşdırılır, arabir yağış yağacağı ehtimal edilir. 

Qeyd edək ki, Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. “Küləyə qalib gəl” şüarı altında keçirilən yarımarafon 21 kilometr məsafəni əhatə edir.

Budəfəki marafonun da start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq.

Marafonun marşrutu:  Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.


Ağa Dadaşzadə 



 

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: