27-05-2025, 12:00 0 Dünya

Fransız fermerləri traktorlarla Parisdə etirazda

Fransız fermerləri traktorlarla Parisdə etirazda
Fransız fermerləri traktorları ilə Parisdə Milli Assambleya binasının qarşısına gəliblər. Burada kənd təsərrüfatı haqqında qanun layihəsi müzakirə olunur. FNSEA və Jeunes Agriculteurs sindikatlarının təşkil etdiyi etiraz aksiyası gün boyu davam edəcək.

10-a yaxın traktor, bayraqlar və plakatlarla binanı bağlayıblar. Təxminən 200 nəfərin qoşulacağı gözlənilir. Polis nəzarətdədir. Fermerlər layihənin çoxlu düzəlişlərlə daha da çətinləşəcəyindən narahatdırlar. Onlar istəyirlər ki, qanun layihəsi ilkin variantda qəbul edilsin.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: