23-04-2025, 09:29 0 Diaspora

Pakistanlı jurnalist Malik Ayub Sumbal Azərbaycanda səfərdədir

Pakistanlı jurnalist Malik Ayub Sumbal Azərbaycanda səfərdədir
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov pakistanlı jurnalist, geosiyasi analitik Malik Ayub Sumbal ilə görüşüb.

"Ulusum". az xəbər verir ki, Pakistanlı jurnalist və siyasi analitik Malik Ayub Sumbal Azərbaycana səfəri çərçivəsində Şuşa, Xankəndi və Ağdam şəhərlərində olub, bölgədə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub.

O, Ümummilli Lider Heydər Əliyevin məzarını və şəhidlərin xatirəsini yad edib, Qarabağ Universiteti və bir sıra tarixi abidələri ziyarət edib. Diasporla İş üzrə Dövlət Komitəsində könüllülərlə görüşərək təəssüratlarını bölüşüb və belə səfərlərin beynəlxalq məlumatlandırmada önəmini vurğulayıb

Səfəri zamanı Sumbal bölgənin sürətli inkişaf tempini və Azərbaycan xalqının dirçəliş ruhunu yüksək qiymətləndirib. O, həmçinin bu təcrübəni beynəlxalq platformalarda paylaşaraq Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına töhfə verəcəyini bildirib.

Pakistanlı jurnalist Malik Ayub Sumbal Azərbaycanda səfərdədir


Qeyd edək ki, Malik Ayub Sumbal “Tovuzdan Qarabağa” adlı kitabın müəllifidir. Kitabda Azərbaycanın son 30 illik tarixiindən söz açılıb, Cənubi Qafqazda mövcud geosiyasi vəziyyət təhlil edilib. Nəşr 44 günlük Vətən müharibəsindən sonra bu mövzuda yazılan ilk kitablardandır.

✍️[b]Ulusum.az


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: