Varlılar üçün yeni vergi: 2026-cı ildən mütərəqqi gəlir vergisi tətbiq olunur
Qazaxıstanda varlılar üçün yeni vergi: 2026-cı ildən mütərəqqi gəlir vergisi tətbiq olunur. Ayda 3 milyon təngədən çox qazananlar 15% fərdi gəlir vergisi ödəyəcək və vergi bəyannaməsi təqdim edəcəklər.
Qazaxıstanda 2026-cı ildən etibarən mütərəqqi fərdi gəlir vergisi sistemi tətbiq olunacaq.
Ulusum.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Dövlət Gəlirləri Komitəsi sədr müavini Janıbek Nurjanov məlumat verib.
Onun sözlərinə görə, ayda 3 milyon təngədən (ildə 36 milyon təngə) çox gəlir əldə edən və ya bir neçə mənbədən qazancı olan vətəndaşlar mütərəqqi vergi şkalasına cəlb ediləcək. Bu kateqoriyaya aid şəxslər vergi bəyannaməsi təqdim etməli və 36 milyon təngəni aşan gəlir hissəsinə görə 15% fərdi gəlir vergisi ödəməlidirlər.
Hazırda Qazaxıstanda fərdi gəlir vergisi sabit 10% təşkil edir. Yeni qaydalara əsasən:
36 milyon təngəyədək gəlirə – 10%,
Bu məbləğdən yuxarı gəlirə – əlavə 5% (ümumilikdə 15%) vergi tutulacaq.
Yeni Vergi Məcəlləsinə görə, 2026-cı ildə:
10% vergi – 8500 AÇI-yə qədər gəlirə (təxminən 36,8 milyon təngə),
15% vergi – bu həddi aşan gəlirə tətbiq ediləcək.
Milli İqtisadiyyat nazirinin müavini Əzəmət Əmrin daha əvvəl bildirmişdi ki, 2025-ci ilin məlumatlarına görə Qazaxıstanda 26 700-dən çox işçi ayda 3 milyon təngədən artıq maaş alır. Yeni sistem əsasən məhz yüksək gəlirli vətəndaşları əhatə edəcək.
Ulusum.az / R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 09:55
Qazaxıstanda monoqalaların sayı 19-a düşdü: Ekibastuz monoqala statusundan çıxarıldı
Populyar Xəbərlər
İlham Əliyev Azərbaycan xalqına Novruz təbriklərini çatdırdı
Gürcüstanda matəm bu tarixədək davam EDƏCƏK
Bu Gün Miqrasiya Orqanları İşçilərinin Bayramıdır
Qazaxıstanda monoqalaların sayı 19-a düşdü: Ekibastuz monoqala statusundan çıxarıldı
20 Yanvar" metrostansiyasında törədilən terror aktından 32 il ÖTÜR