Azərbaycan Fransada keçirilən dünya mətbəxləri festivalında uğurla təmsil olunub
La Roşel (La Rochelle) şəhərindəki Assosiasiyalar Birliyinin təşkilatçılığı ilə keçirilən “Les Papilles du monde” festivalında Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi və bu şəhərdə yaşayan Aysel Cəfərzadənin təşkilatçılığı ilə ölkəmiz də təmsil olunub. Festivalda ənənəvi mətbəx və mədəniyyət vasitəsilə ölkələrin kulinariyası və mədəniyyəti təşviq edilib.

Ulusum.az AZƏRTAC- istinadən xəbər verir ki, Fransada fəaliyyət göstərən müxtəlif ölkələrin səfirliklərinin, eləcə də burada yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə keçirilən festivalda Azərbaycan stendi və təqdimatı maraqla qarşılanıb. Azərbaycan stendində Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, sənətkarlığı və mətbəxinə dair fransız dilində nəşr etdirdiyi kitablar nümayiş olunub. Milli musiqi alətlərini əks etdirən suvenirlər, milli ornamentlə işlənmiş armudu stəkanlar və nar budaqları ilə bəzədilmiş stendimizin ziyarətçiləri paxlava, şəkərbura, badambura kimi milli şirniyyatlarımıza, eləcə də milli mətbəximizin dadlı təamına qonaq ediliblər.

Ziyarətçilər coğrafiyamızı və milli atributlarımızı əks etdirən afişa vasitəsilə ölkəmizlə yaxından tanış olublar. Festivalın təşkilatçılarına, eləcə də assosiasiya rəhbərlərinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş və xalqımızın milli-mənəvi dəyərlər sistemində, adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindən olan kəlağayı, eləcə də tar və kamança haqqında ətraflı məlumat verilib. Həmçinin xalqımızın çoxəsrlik mədəni adət-ənənələrindən, milli mətbəximiz və geyimlərimizdən danışılıb.
Festivalda Avropa, Afrika və Asiya qitələrindən olan çoxsaylı ölkələrin mədəniyyəti və milli mətbəxi təqdim olunub.
Qeyd edək ki, “Papilles du Monde” – dünyanın dadlarını və mədəniyyətlərini bir araya gətirir. Bu festival dünya mətbəxləri və mədəniyyətləri vasitəsilə dünyanı kəşf etmək üçün nadir fürsətdir. Fərqli ölkələrdən gəlmiş iştirakçılar öz ənənəvi yeməklərini, adət-ənənələrini və hekayələrini paylaşaraq ziyarətçiləri qastronomiya səfərinə çıxarırlar. “Papilles du Monde” tədbiri sadəcə bir kulinar tur deyil, həmrəylik, paylaşım və mədəniyyətlərin birləşməsi bayramıdır. Dünyanı ləzzətlə, musiqi ilə, oyunlarla və ən əsası insanlarla tanımaq üçün ideal bir imkandır.

R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 09:15
Südlü Düyü Yarması
Mətbəx
Bu gün, 09:00
İspanaq və Bananlı Smuzi
Populyar Xəbərlər
Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun atasını qəbul edib
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
"Tibbi İstehsalçıların iş forumu" və 11-ci Türk Tibb Dünyası Qurultayı Ankarada keçiriləcək
Honkonqun Tay Po rayonunda yanğın VİDEO
Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlər var
Noyabrın 22-si – Azərbaycanın ədliyyə orqanlarının yaradılmasının 107-ci ildönümüdür.